İnterpress.az Yenicag.az-a istinadən xəbər verir ki, o, bir daha Dağlıq Qarabağın Azərbaycan torpağı olması ilə bağlı fikrində qaldığını bildirib.
Şevçenkonun sözlərinə görə, bütün beynəlxalq təşkilatlar da Qarabağı Azərbaycan torpağı kimi tanıyır: “Məndən verilişdə soruşanda ki, Qarabağ kimə məxsusdur? Mən də bildirdim ki, Qarabağ Azərbaycanındır. De-yure olaraq bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın torpağı kimi tanıyır. Dağlıq Qarabağı münaqişəsi 3 ölkə çərçivəsində həll edilə bilər. Bu, Rusiya, Türkiyə və İrandır. Türkiyə Osmanlı dönəmində qismən də olsa, Dağlıq Qarabağ adını qoruya bilirdi. Hazırda Dağlıq Qarabağla bağlı müzakirələrdə 3 ölkə fəail iştirak edə bilər. Həmçinin o torpaqlar orada yaşayan Azərbaycanlılara məxsusdur”.
Qeyd edək ki, sözügedən verilişdə Matseyçukun “Qarabağ kimindir?” sualına Şevçenko sərt şəkildə “Qarabağ Azərbaycan ərazisidir” cavabını verib. Polyak isə çıxışında erməniyönlü olduğunu sübut edib.
İnterpress.az