Azərbaycanda ərini itirən qadın intihar etdibackend

Azərbaycanda ərini itirən qadın intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstiPress-in məlumatına görə, hadisə rayonun Üçoğlan ərazi nümayəndəliyinin Ballar kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılova Səmayə Kamal qızı özünü anasının yaşadığı evin həyətindəki tikilidə asıb. Hadisə səhər saatlarında baş verib. Ev sahibləri qadının meyitini asılmış vəziyyətdə aşkarlayıblar.

Məlumata görə, S.İsmayılovanın həyat yoldaşı 1 ay öncə qəfil dünyasını dəyişib və qadın bundan psixoloji sarsıntı keçirib.

Ailənin birgə nikahdan övladları olmayıb.

İnterpress.az