Macarıstanda seçki öncəsi Orban-Soros savaşıbackend

Macarıstanda seçki öncəsi Orban-Soros savaşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Macarıstanda 2018-ci ilin aprelində keçiriləcək parlament seçkilərinə hələ 3 ay qalmış siyasi gərginlik pik həddə çatıb.
İqtidarda olan “Fides” partiyasının sədri və baş nazir Viktor Orban ölkənin başına gələn bütün müsibətlərdə ABŞ milyarderi Corc Sorosu günahlandırıb və onu Macarıstanı dağıtmaq istəməkdə ittiham edib. Viktor Orban Corc Sorosa qarşı bir neçə ildir hər yerdə səsləndirdiyi ittihamlarının demək olar ki, hamısını “Kossuth” radiostansiyasına verdiyi müsahibəsində təkrarlayıb. Baş nazir bütün bunlara əlavə ittihamlar da qoşub. O, Sorosu qəsdən Macarıstanı müsəlman miqrantlarla doldurmaq istəməkdə təqsirləndirib və milyarderin növbəti seçkilərdə miqrantlar vasitəsilə Macarıstanı məhv etmək niyyətində olduğunu bildirib.
Corc Soros isə video-müraciətində ittihamları cavabsız qoymayaraq macar baş nazirin ölkədə yaratdığı rejimin sovet illərdə olduğundan daha repressiv xarakter daşıdığını, Orbanın antidemokratik sistemə söykənən mafioz rejim yaratdığını və bundan hakimiyyətdə qalmaq və varlanmaq məqsədilə istifadə etdiyini qeyd edib.

İnterpress.az