İnterpress.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhərində Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin \”Yeni qüvvələrin hərəkatı\” tərəfindən təşkil edilmiş \”İmpiçment uğrunda marş\” şüarı ilə aksiya keçirilir. Bu barədə \”İnterfax\” məlumat yayıb.
Qeyd edilir ki, aksiyanın bir neçə min iştirakçısı Taras Şevçenko adına parkda toplaşıblar. Bundan sonra onlar hökumət orqanlarının binasına tərəf gediblər.
İnterpress.az