Sakit okean regionunda Cənubi Koreya – ABŞ hərbi təlimi başladıbackend

Sakit okean regionunda Cənubi Koreya – ABŞ hərbi təlimi başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və ABŞ-ın indiyə qədərki ən genişmiqyaslı birgə hava təliminə on minlərlə əsgər və 230-dan çox hərbi təyyarə qatılıb. \”Kabus təyyarə” F-22 Raptor və B-1B tipi uzun mənzilli bambardıman təyyarələrinin də iştirak etdiyi Sakit Okean bölgəsindəki təlim beş gün davam edəcək.
Şimali Koreya təlimin \”açıq və əhatəli bir təxribat” olduğunu bildirdiyi ərəfədə, ABŞ Prezidenti Donald Trumpın milli təhlükəsizlik müşaviri H.R. Mcmaster Şimali Koreya ilə müharibə ehtimalının gündən-günə artması xəbərdarlığını etdi.
Respublikaçı Partiya Senatoru Lindsey Qrehem \”qabqlayıcı müharibə” ehtimalının artmasına diqqət çəkib. Qrehem CBS televiziyasına verdiyi açıqlamada, Şimali Koreyanın yenidən yeraltı nüvə sınağı keçirəcəyi təqdirdə, \”ABŞ-ın son dərəcə ağır reaksiya göstərəcəyinə hazırlıqlı olun\” – deyə bildirib.
Rəsmi Pxenyan sınaqdan keçirdiyi ən son qitələrarası raketlə ABŞ-ın istənilən nöqtəsini vurabiləcəklərini açıqlamışdı.
Qeyd edək ki, Şimali Koreyanın nüvə və balistik raket sınaqları bütün dünyada narahatlıqla izlənir. Pxenyan rejimi son olaraq çərşənbə günü uzun mənzilli daşıyıcı raket sınağı keçirmişdi.

İnterpress.az-ın ABŞ təmsilçisi
Ramal Hüseynov