Fövqəladə Hallar Nazirliyindən İnterpress.az-a bildiriblər ki, Şərifzadə 196 ünvanında 17 mərtəbəli yaşayış binanın birinci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabellərinin 50 paqonometri yanıb.
Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
İnterpress.az