İnterpress.az istinadla xəbər verir ki, partlayış zamanı onun evdə olub-olmadığı məlum deyil.
Məlumata görə, keçmiş dövlət başçısının tərəfdarları ilə husilər arasında atışma son həftədə yenidən şiddətlənib.
Ötən gün Ə.A.Saleh husilərlə müttəfiq əlaqələrinin rəsmən pozulduğunu bildirib: \”Sənanın döyüş meydanında həlledici məqam yetişdi…Ölkə husilərin ağılsızlıqlarından xilas olmalıdır\”.
Keçmiş prezident öz qərarını qruplaşmanın Yəmən vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətləri ilə izah edib: \”Onlar öz tamahkar məqsədləri üçün ölkəni aclığa düçar ediblər və İranın siyasi sifarişlərini rəhbər tuturlar\”.
İnterpress.az