İnterpress.az istinadla bildirir ki, generalın sözlərinə görə, Qərb partnyorları Ukraynanın islahatlar yolu üzrə hərəkətinə davam etmədiyini görərsə, Kiyev dəstəyi itirəcək. \”Əgər müdafiə sənayesində vəsaitlərin xərclənməsində şəffaflıq olmayacaqsa və hərbi büdcəyə nəzarət artmayacaqsa, onda Qərb dövlətlərinin Ukraynaya marağın itməsi və Ukraynadan yorulması riski ortaya çıxa bilər\”, – Hodces dəqiqləşdirib.
General-leytenan həmçinin vurğulayıb ki, ABŞ Ukraynada islahatların müvəffəqiyyətinə inanır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster isə bildirib ki, Vaşinqton Ukrayna ordusuna letal (öldurucu) olmayan silahları çatdırmağa davam edəcək. KİV-in noyabr ayında yazdığına görə, Milli Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampa Kiyevə \”Javelin\” tank əlehinə komplekslərinin alınması üçün qrant ayırmağı məsləhət görmək niyyətindədir. Hazırda ABŞ rəsmən yalnız Ukraynaya geyim, avadanlıq və Milli Qvardiya döyüşçülərinin təlimi şəklində kömək edir.
İnterpress.az