İnterpress.az xəbər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz sahibkarlıq fəaliyyətində təqsirləndirilən jurnalistin məhkəməsinə hakim Mirzə Xankişiyev sədrlik edib.
Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror Ə.Orucova cəza istəyib.
Dövlət ittihamçısı Ə.Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ə.Orucovun vəkili müdafiə çıxışı üçün vaxt istəyib.
Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İnterpress.az