İnterpress.az Apa-ya istinadən xəbər verir ki, bunu Nitsa şəhərinin prokuroru Jan-Mişel Pretr bəyan edib.
“Fransaya 500 milyondan 750 milyonadək nağd pul gətirilib. Məqsəd çirkli pulların yuyulması olub. Süleyman Kərimov vergi orqanlarını Fransaya keçirdiyi milyonlarla avro barədə məlumatlandırmağı unudub. Söhbət yalnız nağd pullardan deyil, həmçinin bir hesabdan digərinə pul köçürmələrindən də gedir”, deyə J-M.Pretr bildirib.
S.Kərimov noyabrın 20-də Nitsa hava limanında saxlanılıb, sonra isə 5 milyon avro məbləğində zəmanətlə azadlığa buraxılıb. “Nafta-Moskva” şirkətinin sahibi, 51 yaşlı Süleyman Kərimov vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur.
İnterpress.az