Kreml Saakaşvilinin Kiyevdə saxlanılmasını şərh edibbackend

Kreml Saakaşvilinin Kiyevdə saxlanılmasını şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Reporta istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevdə hüquq mühafizə orqanlarının əməkdaşlarının Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin saxlanılması məsələsini şərh edərkən deyib.

\”O, siyasətdə qalstuk yeməkdən tutmuş, dama qalxmağa qədər müəyyən yol qət edib. Onun vəziyyəti mürəkkəbdir\”, – o bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Saakaşvilinin Kiyevdəki mənzilində axtarış keçirilib. Siyasətçi buna etiraz əlaməti olaraq evinin damına qalxıb və hətta aşağı hoppanacağı ilə bağlı təhdid edib.

Ardından hüquq-mühafizə orqanları əməkdaşları onu elə damda saxlayıblar. Saakaşvili cinayətkar təşkilata yardım etməkdə şübhəli bilinir.

İnterpress.az