İnterpress.az Trend-ə istinadən xəbər verir ki, nazirlik bu KİV-lərin siyahısını açıqlayıb.
Xarici agentlər siyahısına \”Azad Avropa Radiosu/Azadlıq Radiosu\”, \”Amerikanın Səsi\”, \”Nastoyaşşeye Vremya\” telekanalı, \”Sibir. Realii\”, \”Qafqaz. Realii\”, \”Idel. Realii\”, \”Krım. Realii\”, \”Azadlıq Radiosu\”nun tatar-başqırd xidməti və \”Faktoqraf\” salınıb.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən Rusiyanın Ədliyyə Nazirliyinə xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparmasq səlahiyyəti verilib.
İnterpress.az