Fazil Məmmədov niyə Vergilər Naziri vəzifəsindən çıxarıldı?backend

Fazil Məmmədov niyə Vergilər Naziri vəzifəsindən çıxarıldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin imzaladığı bir digər sərəncamla bu vəzifəyə Təhsil Naziri Mikayıl Cabbarov gətirilib.

İnterpress.az azxeber.com-a istinadən xəbər verir ki, günün sonunda ölkədə iki böyük nazirlikdə edilən dəyişiklik heç də gözlənilməz olmayıb. Belə ki, zaman-zaman mətbuatda Fazil Məmmədovun səhhəti ilə əlaqədar olaraq müalicə alması ilə bağlı məlumatlar yayımlanıb.
Yayılan xəbərlərə görə, Fazil Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi nazirin pəhriz üçün istifadə etdiyi dərmanların onda sinir pozuntusuna yol açmasıdır.

Məhz bir neçə müddətdir ki, işə çıxa bilməyən nazir yalnız müəyyən müddətlərlə işə gələ bilirmiş. Bu səbəbdən o özü bu vəzifəni daşıya bilmədiyini söyləyərək vəzifəsindən azad olunmasını ölkə rəhbərliyindən istəyib.

İnterpress.az