İnterpress.az istinadla xəbər verir ki, dini radikal olduğu bildirilən həmin şəxslər baş nazirin iqamətgahı qarşısında partlayış törədərək, binaya hücum etməyi planlaşdırıblar. Onlar üzərilərinə partlayıcı qurğu bərkidərək, özlərini binanın daxilində partlatmaq niyyətində olublar.
Radikallar iqamətgahı qarşısında partladılacaq bombanı çantada gizlətməyi planlaşdırıblar.
Skotlend Yard, Uest Midlends polis idarəsi və MI5 xüsusi xidmət orqanı əməkdaşlarının birgə əməliyyatı nəticəsində sui-qəsdin qarşısı alınıb.
İnterpress.az