Qardaş bacısını asılmış vəziyyətdə tapdı – Krediti olubbackend

Qardaş bacısını asılmış vəziyyətdə tapdı – Krediti olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, rayonun Binəqədi qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Zeynalova Solmaz Məhərrəm qızı dekabrın 5-i özünü yaşadığı evin həyətində tut ağacından asıb.

Onu asılmış vəziyyətdə qardaşı tapıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Məlumata görə, S.Zeynalovanın banklardan birinə külli miqdarda kredit borcu olub. Krediti ödəyə bilmədiyi üçün özünü öldürüb.

İnterpress.az