Sən “Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı”backend

Sən “Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramiz Məlik ona \”Atamı 3 illik tutduracaqmış… Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim!\” deyən Cavidan Novruzla intriqaya girmək istəmədiyini deyib: \”Bu sözləri Ramiz Novruzun oğlu deyib, niyə belə yazdığını ondan soruşmaq lazımdır. Ümumiyyətlə, bu barədə heç nə danışmaq istəmirəm\”.

Məlumat üçün bildirək ki, Cavidan Novruzu Ramiz Məlikin \”Ramiz Novruzu 3 illik həbs etdirərdim, amma mən onu bağışladım\” deməsi hiddətləndirib. Atasını müdafiə edən C.Novruz R.Məliklə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb.

O, instaqramda bunları yazıb: \”Sən kimsən Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən… Sən Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq, nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur. Bir ayağınız gorda ola-ola oturub yaşınıza uyğun olmayan şərhlər yazırsınız. Müdrik olmağı bacarmadınız. O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novruz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda insanların torbasını tikməkdir. Atamı 3 illik tutduracaqmış… Onun sonrasını düşün sən. Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim\”. Publika.az

Xatırladaq ki, hazırda Xalq artisti Məleykə Əsədova ilə məhkəməlik olan Ramiz Məlik 2015-ci ildə Xalq artisti Ramiz Novruzla dava etmiş və həmkarı barəsində polisə şikayət ərizəsi yazmışdı. (publika.az)

İnterpress.az