Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Ağayeva Nuriyyə Fərhad qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşları övladlarını ali məktəblərə qəbul etdirəcəyini vəd edərək pullarını ələ keçirib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, N.Ağayeva filologiya elmləri namizədi, \”əməkdar müəllim\”dir. O, həbs edilməzdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.
İnterpress.az