Azərbaycanda virus mənşəli xəstəlik yayılıb — VİDEObackend

Azərbaycanda virus mənşəli xəstəlik yayılıb — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda oktyabrın 1-dən, yəni qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından 63 şübhəli yaxma nümunəsi daxil olub.

İnterpress.az-ın xəbərinə görə, bunu stansiyanın direktor müavini Rita İsmayılova Xəzər TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, nümunələrin müayinəsi nəticəsində xüsusi təhlükəli kəskin respirator xəstəliklərinin törədiciləri aşkar edilməyib. Sadəcə qripəbənzər respirator xəstəliklərin növü olan 2 paraqrip və 1 adenovirus aşkar olunub.

Rita İsmayılova qeyd edib ki, 51 yaxma nümunəsi 17 yaşına qədər insanlardan götürülüb. Bu viruslara yoluxmamaq üçün isə bir neçə nüansa fikir vermək kifayət edir.

Direktor müavini həmçinin qeyd edib ki, bu viruslar daha çox payız və qış mövsümlərdə peyda olur və vaxtında müalicə olunmadıqda fəsadlar verir.

İnterpress.az