APA-nın qərb bürosunun xəbərinə görə, gecə saat 01.00 radələrində şəhərin Dədə Qorqud küçəsində üzərində bıçaq xəsarətləri olan cavan yaşlarında kişi aşkarlanıb. Xəstəxanaya aparılsa da onun artıq öldüyü məlum olub. Küçədə meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Cəmşidzadə Vicay Qabil oğlu olduğu müəyyənləşib. Hadisəni törədənin kimliyi məlum deyil, fakt araşdırılır.
İnterpress.az