İnterpress.az xəbər verir ki, görüş ATƏT XİN rəhbərləri Şurasının iclası çərçivəsində baş tutub. Rusiyalı nazir görüşün bir saatadək davam etdiyini bildirib.
Görüş zamanı diplomatlar Suriyaya dair Cenevrə danışıqlarının bərpasını alqışlayıblar, həmçinin, Şimali Koreya ətrafındakı vəziyyəti, ABŞ-ın Əfqanıstandakı yeni strategiyasını müzakirə ediblər.
Diplomatlar, həmçinin, Rusiya və ABŞ prezidentləri arasında Vyetnamda əldə olunan razılaşmaların icrasını müzakirə ediblər.
İnterpress.az