Yusif Mustafayev 5 ailə üzvünü öldürənə haqq qazandırdı: “Məcbur olub”backend

Yusif Mustafayev 5 ailə üzvünü öldürənə haqq qazandırdı: “Məcbur olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Yusif Mustafayev “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində Salyandakı qətlə münasibət bildirərkən deyib.

O, cinayəti törətməkdə ittiham olunan Fərhad Əliyevə dəstək olub:

“O da kişi olub, bayıra çıxıb. Onun qulağına sözlər gəlib. Hamı dağılıb Türkiyəyə getsin. Namus-qeyrət gedir. Qoyun cavanlarımıza dərs olsun\”.

Y.Mustafayevin sözünü kəsən aparıcı ona böyük hörmət etdiyini, lakin bu məsələdə əməkdar artistlə razı olmadığını bildirib:

\”Siz o adama bəraət qazandırırsınız. Deyirsiniz ki, hansısa səbəb var. Bir insanın digər 5 nəfəri öldürməsinə nə səbəb ola bilər ki…Əgər söhbət namusdan, xəyanətdən gedirsə, onun da cavabı ölüm deyil\”.

İnterpress.az