Milli Məclisin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, elə həmin gün səfər çərçivəsində O. Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri İsmayıl Qəhrəmanla görüşüb. Görüşdə Azərbaycan Milli Məclisi ilə TBMM arasında əlaqələrin daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, TürkPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə ediləcək. TürkPA-da Özbəkistanın və Türkmənistanın qonaq kimi iştirakından məmnunluq ifadə edilib, birgə fəaliyyətin önəmi diqqətə çatdırılıb.
İnterpress.az