“Brexit” prosesində vacib razılaşmabackend

“Brexit” prosesində vacib razılaşma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, dünən Belçikanın paytaxtı Brüsselə gələn İngiltərə baş naziri Tereza Mey və Avropa Komissiyasının prezidenti Jan Kloud Yunker arasında görüş keçirilib. Səhər saatlarında açıqlama verən Yunker görüşün çətin keçdiyini, lakin razılaşmanın əldə edildiyini deyib. Razılaşma Avropa İttifaqında da qəbul edilsə, \”Brexit\”in ticarət əlaqələrinin müzakirəsini nəzərdə tutan 2-ci mərhələsinə keçid ediləcək.

Məsələ ilə bağlı açıqlama verən Tereza Mey danışıq prosesində ciddi inkişaf əldə edildiyini vurğulayıb və razılaşmanın iqtisadi şərtlərinin İngiltərə vətəndaşları üçün ədalətli olduğunu deyib.

Qeyd edək ki, bu gün Tereza Mey, Jan Kloud Yanker və \”Brexit\” naziri Deyvid Deyvis üçlü görüş keçirəcəklər.

İnterpress.az