Mətbuatda F.Məmmədovun vəzifəsindən azad olunması səbəbini digər məsələlərlə yanaşı, Fövqəladə Hallar Naziri Kəmaləddin Heyədorvla da bağlayanlar var.
Belə ki, bəzi KİV-lərdə F.Məmmədovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla münasibətlərinin gərgin olduğu, lakin sonda məğlub olan sayca altı nazir olduğu yazilir.
Kəmaləddin Heydərov unikal.org saytına özəl açıqlamasında yazılanlara belə münasibət bildirib: \”Haqqımda yazılanlar cəfəngiyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur. Sağ olun!”.
İnterpress.az