İnterpress.az APA-ya istinadən xəbər verir ki, insident Semuliki yaşayış məntəqəsində qeydə alınıb.
Hadisə nəticəsində 14 BMT sülhməramlısı və 5 Konqo hərbçisi həlak olub, 53 sülhməramlı yaralanıb.
Hücumun üsyançı “Birləşmiş demokratik qüvvələr” (ADF) qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.
Ölən və yaralanan sülhməramlıların vətəndaşlığı və milliyyəti barədə məlumat verilmir.
İnterpress.az