Türkiyədə FETO əməliyyatı — 33 əsgər saxlanıldıbackend

Türkiyədə FETO əməliyyatı — 33 əsgər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az olke.az-a istinadən xəbər verir ki, bu gün İstanbul Respublika Prokurorluğunun keçirdiyi əməliyyat nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri saxlanılıb. Beləliklə də, FETO terror təşkilatı ilə əlaqəli saxlanılan hərbçilərin sayı 188-ə yüksəlib.

Əməliyyat çərçivəsində daha 36 şübhəli hərbçi dindirilib. Dindirilmədən sonra onlar şərti azadlığa buraxılıb.

Qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyədə hərbi-çevrilişə cəhd olub. Cəhdin FETO terror təşkilatı və şəxsən Fətullah Gülən tərəfindən təşkil olunduğu məlum olub. Hadisədən sonra Türkiyədə FETO terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində çoxsaylı əməliyyatlar keçirilib.

İnterpress.az