İnterpress.az xəbər verir ki, yarışda 12-ci turun oyunları keçirilib.
Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu gözlənilmədən heç-heçə ilə başa çatdırıb.
O, qara fiqurlarla oynadığı partiyada yarışın autsayderi ingilis Qavein Consla üz-üzə gəlib. Tərəflər 12-ci gedişdə bərabərliyə razılaşıblar.
Bu nəticədən sonra xalını 8-ə yüksəldən Məmmədyarov turnir cədvəlinin üçüncü pilləsində yerində qalıb. O, Aniş Qiri və Maqnus Karlsendən yarım xal geri qalır.
Qeyd edək ki, sonuncu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Vişvanatan Anandla qarşılaşacaq.
İnterpress.az