Venesuela “petro” kriptovalyutasının ilkin qiymətini açıqlayıbbackend

Venesuela “petro” kriptovalyutasının ilkin qiymətini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin mərhələdə hərraca 38,4 mln. ədəd \”petro\” çıxarılacaq.

Ümumilikdə isə, hökumət 100 mln. ədəd \”petro\” emissiya etməyi planlaşdırıb. Satışların 20 fevral-19 mart tarixləri arasında keçiriləcək.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro dekabr ayında kriptovalyuta emissiya edəcəklərini və bu üsulla ölkənin maliyyə blokadasından çıxacağını bəyan edib. Prezident kriptovalyutanın təminatı kimi 5 mlrd. barel neft ehtiyatı ayırıb.

Qeyd edək ki, ötən gün Venesuelanın nağd valyuta bazarında ABŞ dollarının məzənnəsi 250 min bolivar təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 18,5% çoxdur.

İnterpress.az