Kiçik bir parça kakao yağını dodaqlarınıza çəkin ki, möhtəşəm qoxusu ilə dodaqlarınızın gün boyu nəmli və sağlam qalsın.
Quru və çatlamış dəriyə xeyirlidir
Bir parça kakao yağını dəridə quru və çatlamış bölgələrə istifadə edə bilərsiniz. Hamiləlik və ya çəki alıb vermə vəziyyətlərində çatlaq yaranmasının qarşısını almağa kömək olur. Tərkibindəki E vitamini sayəsində dərini qidalandırır, dəridə təbii bir parlaqlıq və elastiklik qazandırır. Dərini yeniləyir.
Dərini nəmləndirir
Xüsusilə, həssas dəriyə sahib insanlar üçün bir nəmləndiricidir.
Saçları qidalandırır
Tərkibində olan antioksidanlar sayəsində bir çox sağlamlıq problemlərində dəstəkləyici olaraq istifadə edilə bilən kakao yağı, saçlar üçündə mükəmməl bir yağdır.Saçlarınızın sağlam parlaqlığına qovuşması, nəmlənməsi və yumşaq olması üçün kakao yağını mütləq yoxlamalısınız. Nizamlı istifadə saçlarınızın tez uzanmasını təmin edəcəkdir.
İnterpress.az