İnterpress.az xəbər verir ki, BBC Azərbaycancaya danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Gülşad Məmmədova gün ərzində havanın temperaturunun 7-11 dərəcə arasında dəyişəcəyini bildirir.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Məmmədova dumanın yaranmasına səbəb bir neçə gündür dənizdən hərəkət edən cənub-şərq küləyinin üstünlüyü olub.
Ancaq Bakının dumanı hava uçuşlarına təsir etməyib.
\”Azərbaycan Hava Yolları\” QSC-nin mətbuat katibi Paşa Kəsəmənski BBC Azərbaycancaya deyib ki, Bakı hava limanının iş cədvəlində hər hansı bir problem yaranmayıb: \”Dumanlı hava şəraitində də təyyarələri qəbul edə bilirik. Bütün uçuşlar cədvəl üzrdə davam etdirilir\”.
Paşa Kəsəmənski bildirib ki, Moskvada yaşanan qarlı-küləkli hava şəraitinə baxmayaraq, Rusiya paytaxtına olan uçuşlarda da təxirəsalma yoxdur: \”Yalnız bir reysimiz Moskvadan bir saat gecikmə ilə qayıdıb\”.
Moskva aeroportları hava şəratinə görə 200-ə yaxın uçuşu təxirə salıb, 20-dən çoxu ləğv edilib.
Bakıdan Moskvaya gün ərzində iki uçuş olur, Paşa Kəsəmənski bildirib.
İnterpress.az