Bakı metrosunda daha bir dəyişiklik edildi – FOTObackend

Bakı metrosunda daha bir dəyişiklik edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, stansiyalar arasında məkik hərəkət təşkil edilən \”Cəfər Cabbarlı\” və \”Xətai\”, həmçinin yerüstü \”Bakmil\”, eləcə də Bənövşəyi xəttin \”Avtovağzal\” və \”Memar Əcəmi\” stansiyalarında da qatarlarda musiqi fraqmentləri səsləndirilməyə başlayıb.

\”Artıq bu məsələ həllini tapıb. Yerüstü \”Bakmil\” stansiyası istisna olmaqla, bütün stansiyalara daxil olan qatarlarda səsləndirilmək üçün milli musiqimizin tanınmış və ecazkar əsərlərindən parçalar seçilib. Bənövşəyi xəttin \”Avtovağzal\” stansiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamından, \”Memar Əcəmi» stansiyasında isə Rauf Hacıyevin \”Əhməd haradadır\” filmində səsləndirilən məşhur “Leyla” mahnısından fraqmentlər qatarlarda səsləndirilir. \”Cəfər Cabbarlı\” və \”Xətai\” stansiyaları üçün Fikrət Əmirovun ölməz əsərlərindən parçalar seçilib. “1001 gecə” baletindən fraqment \”Xətai»yə, “Azərbaycan kapriççosu”ndan bir parça isə \”Cəfər Cabbarlı\”ya daxil olan qatarlarda eşidilir. Eyni zamanda, dörd stansiyanın hər birində musiqi parçaları ilə yanaşı, Azərbaycan və ingilis dillərində anonslar da səsləndirilir\” – deyə, qurumun mətbuat xidmətindən bildirilib.

İnterpress.az