“Azərpoçt”a yeni baş direktor təyin edilibbackend

“Azərpoçt”a yeni baş direktor təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Şirkətə istinadən xəbər verir ki, bu, Emin Ramiq oğlu Əfəndiyevdir.

O, yeni vəzifəsində Sübhan Kazım oğlu Kazımovu əvəz edib.

E.Əfəndiyev 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer Kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə 1992-ci ildə Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb, 1996-2004-cü illərdə \”Rossiyskiy Kredit\” Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, İdarə Heyəti (İH) sədrinin müavini və sədri, 2004-2009-cu illərdə \”AZAL Bank\”ın İH sədrinin müavini, 2009-2015-ci illərdə \”Kapital Bank\” ASC-nin filial müdiri, 2015-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəmə bankında İH-nin sədri vəzifələrində işləyib.

İnterpress.az