Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı yubiley sikkəsi buraxmağı planlaşdırır.
İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, bundan başqa, Heydər Əliyevin 95 illiyi ilə bağlı da yubiley sikkəsinin buraxılması nəzərdə tutulub.
İnterpress.az