Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə saat 10:00-a olan seçici fəallığı barədə məlumatları açıqlayıb.
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzindən bildirilib ki, səsverməyə start verilən andan – saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 994 min 196 nəfəri (ümumi seçicilərin 18.71%-i) səsvermədə iştirak edib.
İnterpress.az