BFB-dən İnterpress.az-a verilən məlumata görə, hərraca çıxarılan 2 milyona yaxın notların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar 2018-ci il mayın 10-da ödəniləcək.
Qısamüddətli notlar pul kütləsinin dövriyyəsi üçün maliyyə-kredit siyasətinin əsas aləti sayılır. Notları ancaq banklar ala bilər.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır – 1 rəqabətli və 1 qeyri-rəqabətli.
Qeyd edək ki, dolların aprelin 11-ə olan kursu 1,70 AZN-dir.
İnterpress.az