Cəlilabadın ən yaşlı seçicisi səsvermədə iştirak edibbackend

Cəlilabadın ən yaşlı seçicisi səsvermədə iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Cəlilabadın ən yaşlı seçicisi səs verib. Belə ki, rayonun Kürdlər kənd sakini 101 yaşlı Əkbərov Əyyub İzzət oğlu da 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 22 saylı Kürdlər kənd seçki məntəqəsinə gedərək öz namizədinə səs verib.

O bildirib ki, seçici hüququ qazandığı ildən bütün prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib.

Eyni zamanda, bu il 100 illik yubileyini qeyd edən Cəlilabad rayon Cəngan kənd sakini Bağırov Kamal İbiş oğlu da səsvermədə iştirak edib. O, 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 26 saylı Cəngan kənd seçi məntəqəsində öz namizədinə səs verib. 100 yaşlı K.Bağırov AXC ilə eyni yaşda olduğu üçün fəxr etdiyini bildirib.

68 saylı Cəlilabad kənd dairəsinin Əliqasımlı kənd 15 saylı seçki məntəqəsində 100 yaşlı seçici – Mirzəyeva Gülsüm Gülağa qızı da səsvermədə iştirak edib. Bundan əlavə, 68 saylı Cəlilabad kənd dairəsinin Üçtəpə kənd 18 saylı seçki məntəqəsində də kənd sakini 100 yaşlı Piriyeva Muğat Ağabala qızı da səs verib.

68 saylı Cəlilabad kənd dairə seçki komissiyasının sədri Rzayev Mehman İnterpress.az-a bildirib ki, ümumilikdə rayonda seçki fəallığı çox yüksək səviyyədə gedir: “Bizim dairəmizdə saat 10-a qədər 8849 seçici fəallığı qeydə alınıb. Səsvermədə iştirak edən seçicilər arasında 80-100 yaş arası 872 nəfər qeydə alınıb. Ümumilikdə isə, seçki fəallığı çox yüksək səviyyədə gedir”.

Səid Qərib
İnterpress.az