Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar bu gün hökümət üzvləri, baş nazir, Milli Məclisin sədri həmçinin nazirlər səs veriblər.
Baş nazir Artur Rasi-zadə 29 saylı seçki məntəqəsində səs verib.
Milli Məclisin sədri Oqtay Əsədov 23 saylı Nəsimi-Səbayel Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səs verib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev həyat yoldaşı ilə birlikdə 36 saylı dairənin 3 saylı məntəqəsində səs səs verib.
Vergilər naziri Mikayıl Cabbarov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı Seçki Məntəqəsində səs verib.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səs verib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində səs verib.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində səs verib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səs verib.
Millət vəkili Qənirə Paşayevə səsvermə hüququndan istifadə edib.
Energetika naziri Pərviz Şahbazov 29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səs verib.
Maliyyə naziri Samir Şərifov 36 saylı Xətai IV Seçki Dairəsinin 56 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.
Gənclər və idman naziri Azad Rəhimov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində səs verib.
İnterpress.az