Nazirlikdən İnterpress.az-a verilən məlumata görə, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi “VAZ-2107” və Elmar Tağızadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə S. Abdullayev və sərnişinlərdən onun bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
İnterpress.az