İnterpress.az xəbər verir ki, seçicilər çoxluğu müşahidə olunsa da, heç bir sıxlıq və digər xoşagəlməz hadisələr baş verməyib.
Seçki məntəqəsində səsvermdə iştirak edən Abbas Quliyev əməkdaşımıza bildirib ki, dünyanın 11 ölkəsində seçki proseslərini izləmək ona qismət olsa da, o, Azərbaycandakı kimi seçici fəallığını heç bir ölkədə müşahidə etməyib: \”Bildiyiniz kimi beynəlxalq təşkilatlarda uzun illər fəaliyyətimlə bağlı dünyanın 11 ölkəsində seçki prosesini izləmək , müxtəlif millətlərin seçki adət ənənələrini müşahidə etmək , müxtəlif xalqların seçki mədəniyyətləri ilə tanış olmaq imkanım olmuşdur. Xüsusi qeyd etmək istədiyim , öncələr də dəfələrlə müşahidə etdiyim məqam məhz Azərbaycan seçicisi və onun yüksək seçici mədəniyyətidir. Seçkiyə bir bayram ab havasında, dövlətimizə, xalqımıza və ölkə rəhbərliyinə xeyir dua verməklə, ölkədə mövcud əmin amanlığa, sülhə görə şəxsən ölkə prezidentinə minnətdarlıqla iştirak edirlər\”.
Seçici Cəlalə Seyfullayeva bildirib k, bu seçki onun seçici olaraq iştirak etdiyi 4 cü prezident seçkisidir: \”Hər zaman aktiv vətəndaş mövgeyi sərgiləyən biri kimi bu dəfə də konstitusion haqqımızı yerinə yetirərək Sabunçu 26 saylı birinci seçki dairəsində 252 nömrəli məktəbdə səs verdim .Əlbətdə ki mən dövlət idarəçiliyində dərin təcrübəyəsinə, milli maraqlara sadaqətinə əmin olduğum üçün , ölkədə həyata keçirdiyi inkşafın bizləri uğurlu gələcəyə aparacağına və ən əsası Qarabağda qələbəyə nail olacağına inandığım şəxsə, Azərbaycan Prezidenti İlham Əliyevə səs verdim\”.
90 yaşlı Abbasqulu Əmirov seçki prosesinin texniki cəhətdən çox uğurla və ən şəffaf şəkildə təşkil edildiyini vurğulayıb: \”Seçkin prosesi yeni başlamasına , səhər saatları olmasına baxmayaraq səs verdiyim məntəqədə kütləvilik müşahidə olunurdu. Müsbət hal odur ki , məhz seçki prosesinin təşkilinin proffesionallığı üzündən , səsverməyə uzun növbələr olsa da seçicilər üçün vaxt ikisi yaşanmır. Bu isə Mərkəzi Seçki Komissiyasının və rayon rəhbərliyinin yerlərdə seçki prosesinin təşkilinin necə yüksək səviyyədə , proffesionallığla həyata keçirməsinin sübutudur. Səs verdiyim Sabunçuda seçicilərin , xüsusi ilə yaşlı üzündən bayram ab havası yağan insanların seçkiyə , necə həvəslə səsverməyə gəlməsinin şahidi oldum. Diqqətimi çəkən xüsusi məqam isə əlbətdə səsverməyə gələn gənc seçicilərin çoxluğu idi. Seçki məntəqəsində komisiya üzvlərinin səsvermənin qapalı xarakter daşıması haqqında tövsiyyələrinə , gənc seçicilərin \” seçimiz bəlli , namizədimiz bəlli \” kimi ölkədə sülhün , əmin əmanlığın , firavanlıq və inkşafın davam etməsini arzuladıqları dilə gətirib İlham Əliyevə səs verəcəklərini bildirirlər. Bir mənali deyə bilərəm ki , Sabunçu seçicilərinin favoriti məhz ölkə prezidenti İlham Əliyevdir\”.
İnterpress.az