İnterpress.az xəbər verir ki, “Real” öz meydanında “Yuventus”u qəbul edib. İlk matçda səfərdə rəqib qapısından 3 cavabsız top keçirən “Real”ın mərhələ adlayacağı böyük ölçüdə həll olunmuşdu. Ancaq Turin klubu Madirddə inamlı oyunu ilə rəqibinə çətin anlar yaşadıb. Matçın 90-cı dəqiqəsinə qədər hesabda 3:0 irəlidə olan \”qoca sinyora\” 90+7-ci dəqiqədə Kriştiano Ronaldonun penaltidən vurduğu qola məyus olub.
Madrid klubu adını 1/2 finala yazdırıb.
İnterpress.az