MSK Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaqbackend

MSK Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilən Prezident seçkilərinə aprelin 21-dək yekun vuracacaq.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli açıqlamasında deyib. Qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

O bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir: “Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir”.

İnterpress.az