İnterpress.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlətə məxsus olan hüquqi şəxslərə müraciətində bildirilir.
Müraciətdə həmçinin deyilir ki, sözügedən qaydanın 3.1 bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslər hər ilin iyunun 1-nə qədər növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinə təqdim etməlidirlər. Növbəti ilin borcalma limiti hazırlanarkən, yalnız qeyd olunan tarixədək Agentliyə daxil olmuş dövlət müəssisələrinin müraciətləri nəzərə alınacaq.
İnterpress.az