İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycanın işğal altında olan Xankəndi şəhərində 3 erməni dəm qazından boğularaq ölüb. Daha 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ölənlər şəhər sakinləri Qari Qaloyan, Regina Qaloyan və Tamara Qaloyandır.
Ölənlər və zəhərlənənlərin hamısı bir ailənin üzvüdür.
İnterpress.az