İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya da Suriyaya daxil olmağa hazırlaşır. Bu barədə Britaniyanın baş naziri Tereza Mey çıxış edib. O bildirib ki, Britaniya krallığı Suriyaya hücum aksiyasında iştirak üçün razıdır.
Qeyd edək ki, bundan əvvəl də ABŞ prezidenti Donald Tramp Suriyaya müdaxilə etməyin zəruri olduğunu vurğulayıb. Bununla yanaşı, Fransa prezidenti Emmanuel Makron Suriyanın kimyəvi silahdan istifadə etdiyini sübuta yetirən bir çox dəlillərə sahib olduğunu bildirib.
Makron, həmçinin, vurğulayıb ki, Suriyaya hərbi müdaxiləyə hazırlıq işləri planlaşdırılır.
Prezident bununla bağlı qərar qəbul edəcəyini açıqlayıb.
İnterpress.az