İnterpress.az quruma istinadən xəbər verir ki, yanvar–mart ayları ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Sabirabad, Lerik, Salyan və Masallı rayonları üzrə 19 yaşayış məntəqəsi qazlaşdırılıb.
Abunəçilərin qazla təchizatında təxirə salınmaz işlər həyata keçirilir. Bununla yanaşı əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.
İnterpress.az