İnterpress.az xəbər verir ki, hadisə Abşeron rayon ərazisində qeydə alınıb. Belə ki, Xırdalan-Masazır yolunda hərəkətdə olan \”KamAZ\” markalı qoşqulu yük avtomobili idarəetmədən çıxıb.
Nəticədə yük avtomobili dəmir arakəsmələri əzərək yolun kənarındakı hasara çırpılıb.
Hadisədən sonra sözügedən yolda tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az