İnterpress.az yenicag.az-a istinadən xəbər verir ki, Bakı-Qazax marşutu üzrə hərəkət edən avtobusda olan ərəb turist azərbaycanlı qadınla qeyri-əxlaqi hərəkətlər edib. Onun bu hərəkəti avtobusdakılar tərəfindən hiddətlə qarşılanıb. Mahmud adlı sərnişin ərəb turistinə xəbərdarlıq edib:
“Özünü yığışdır, camaatın ana-bacısı var”.
O, xəbərdarlığa məhəl qoymayan turisti döyüb. Sərnişinlər turisti və həmin qadını avtobusdan düşürüblər.
İnterpress.az