Çindən Azərbaycana hibridipəkqurdu toxumu gətirilibbackend

Çindən Azərbaycana hibridipəkqurdu toxumu gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az nazirliyə istinadən xəbər verir ki, toxumlar inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.

Stansiyada inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub.

Aprelin 24-də isə ikinci mərhələdə daha 6000 (altı min) qutu hibridipəkqurdu sənaye toxumları (qrena) gətirilərək kümçülərə əvəzi ödənilmədən paylanılacaq.

Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir. Bununla yanaşı, ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin ediıməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurularaq bu il istifadəyə veriləcək.

İnterpress.az