İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü Ləj kənd sakini Əliağayev Vaqif Gülməmməd oğlu qulaq nahiyəsindən kəsilmiş yara diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Hadisə V. Əliağayev qonaq getdiyi Girdəni kəndindən geri qayıdan zaman olub. O, yolunu kəsən 3 sərxoş kişi ilə mübahisə, ardınca isə dava edib. Bu zaman onlardan biri bıçaqla V.Əliağayevə hücum edib. O, müdafiə olunmaq istədikdə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az