Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
İnterpress.az